"Azərbaycanda ümumi nəsilvermə əmsalı pisləşib" - Qubad İbadoğlu

Rutgers Universitetinin professoru, iqtisadçı - alim Qubad İbadoğlu "facebook" sosial şəbəkəsində bir yazı ilə çıxış edib. Q.İbadoğlu Azərbaycan əhalisinin artımı ilə bağlı təhlil aparıb. O yaxın 10 il ərzində əhalinin təbii artımının olmayacağını vurğulayıb. İqtisadşı alimin "facebook" hesabında yazdığı həmin yazını sizlərə təqdim edirik

"Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı pisləşib. Bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq. 1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub. Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.

Bu İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatmışdır, bu gedişlə əhalinin sayı 2019-cu ilin ortalarında 10 milyona çatacaq. Yeri gəlmişkən, ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında göstərici 0,5 faizə düşüb.

Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq ölənlərin sayının artması, yaşam şərtlərinin pisləşməsi və xaricə miqrasiyanın çoxalmasıdır."

635x100

Şərhlər

EJDER 2018-10-11 19:06:33

EYBI YOXDUR,STATISTIKAMIZ DUZELIW EDER,SURRETLE ARTARIQ.ANALOQSUZ INKIWAFIMIZDA KI,...

hellas 2018-10-11 19:06:33

Yapon İmperatorlarına (Z.H.) bu millətin artımı lazım deyil. Onların statistikası ilə millətin sayı 11 milyona yaxınlaşır (buna uyğun da pul silirlər). Vaxtilə bir cınab demişdi ki, hamınız gedin, mənə 1 milyon qalsa bəsimdir ( o da onun özünküləri nəzərdə tuturdu). Bu iqtidar ilə Azərbaycanda heç vaxt yaxşı heç nə gözlənilmir. Bunlar millətə qarşı yalnız süngülərini itləyirlər. P.S. Hörmətli Qubad müəllim sağ olun ki, varsınız və "Şərqin Günəşinin" iç üzünü açırsınəz!!!

Son yazılar