Nurməhəmmədov UFC-yə ultimatum verdi

Dərc olunub: 11/10/2018 - 22:28

скачанные файлыYüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov UFC ilə müqaviləni pozmaqla hədələyib.Dağıstanlı döyüşçü bu barədə öz Instagram səhifəsində yazıb:

“Mən UFC-yə müraciət etmək istərdim. Niyə siz onların komandası avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi qovmadınız. Axı onlar orda kimisə öldürə bilərdi. Niyə heç kim vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması haqda heç nə danışmır.

Hər iki komanda dalaşdığı halda, niyə siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər siz deyirsinizsə ki, davanı məş başlamışam, bununla razı deyiləm. Mən sadəcə başlanılanı bitirmişəm.

İstənilən halda, məni cəzalandırın. Burda Zübeyrə Tuxuqovun (onun çeçen sparrinq tərəfdaşı) nə günahı var?

Siz düşünürsünüzsə ki, mən susacağam, səhv edirsiniz. Siz Zübeyrənin döyüşlərini təxirə saldınız və onu qovmaq istəyirsiniz. Yalnız ona görə ki o, Konora zərbə vurub. Bu Konorun mənim digər qardaşımı vurmasından sonra olub. Kamerada hər şey görünür.

Onu da bilin ki, siz onlarla birgə məni də itirirsiniz. Bizdə – Rusiyada biz özümüzünküləri atmırıq. Mən öz qardaşıma görə sonadək gedərəm. Siz onu qovmaq qərarına gəlmisinizsə, onda mənə də pozulmuş müqaviləni göndərməyi unutmayın. Əks halda özüm onu pozacağam.

Bir də, göndərmədiyiniz qonorarımı unutmamışam. Ola bilər ki, özünüzə götürürsünüz. Ancaq baxın ki, o sizin boğazınızda qalmasın. Biz öz şərəfimizi qorumuşuq və bu ən əsas məsələdir. Qardaşlara görə biz sonadək gedəcəyik”.

Xatırladaq ki, Nurməhəmmədovla Makqreqor arasında təkbətək döyüş dördüncü raundda rusiyalının vaxtından əvvəl qələbəsi ilə qurtarıb. Döyüşü bitirdikdən sonra o, oktaqonu aşaraq irlandiyalının komandasına hücum edib. Həmin anda Həbibin dostları da rinqdə Makqreqora hücüm ediblər.


loading...




Fikrinizi bildirin