Poroşenko hərbi salamlama haqqında qanun imzalayıb - «Ukraynaya eşq olsun!»

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, prezident Pyotr Poroşenko orduda və polisdə «Ukraynaya eşq olsun!» - «Qəhrəmanlara eşq olsun!» hərbi salamının istifadəsi barədə qanun imzalayıb.

«112 Ukrayna» kanalının məlumatına görə, prezident bu barədə Xmelnitski vilayətində hərbi qulluqçular qarşısındakı çıxışı zamanı bəyan edib.

«Nizam-intizam peşəkara, vətənpərvərə hörmət etməkdən, insana hörmət etməkdən, hərbi kollektivə hörmət etmək ehtiyacından azad etmir. Belə yanaşmanı həm də hərbi nizamnamələrin yenilənməsi diktə edir. İlk addımları biz artıq bir neçə həftə bundan əvvəl - parlament prezidentin təklifinə dəstəkləyən zaman - atmışıq, parlament qanunu qəbul etdi və mən də onu imzaladım. «Ukraynaya eşq olsun» salamı bu gün hər bir ukraynalı hərbçi və vətəndaş üçün təbiidir» - deyə, Poroşenko bəyan edib.

Ukrayna silahlı qüvvələrinin (USQ) nizamnamələrinə uyğun dəyişikliklər ediləcək. Bundan başqa, Ukrayna silahlı qüvvələrinin daxili xidmət və nizami xidmət nizamnamələrində əvvəlki «yoldaş» kəlməsini, «pan» (pani) kəlməsi əvəzləyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar