«Cənubi Koreya Şimal üçün sanksiyaları ləğv etməyə hazırdır» - XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Respublikasının (KR) xarici işlər naziri Kan Gen Xva bəyan edib ki, ölkəsi Pxenyana (Şimali Koreya) qarşı olan birtərəfli sanksiyaları ləğv edə bilər.

Onun sözlərinə görə, hökumət belə imkanları götür-qoy edir.

Cənubi Koreyanın sanksiyaları 2010-cu ildən fəaliyyətə başlayıb. Onlar böyük hesabla, Birləşmiş Millətlər Təşkilatının (BMT) anti-Şimali Koreya məhdudiyyətlərini təkrarlayır.

Bu arada Cənubi Koreya hökumətinin başçısı Li Nak En vahid Koreya dili lüğətinin yaradılması üzərində aparılmış işlərin bərpası niyyətində olduqlarını bəyan edib. Bu layihə 2005-ci ildə donlurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar