Aİ və Britaniya «Brekzit» üzrə danışıqlarda proqresə nail ola bilməyib – Kompromis axtarılır

Dərc olunub: 11/10/2018 - 22:42

brexit«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa komissiyasının (AK) mətbuat katibi Marqaritis Sxinas bildirib ki, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya (BB) “Brekzit”in «yumşaq» variantı üçün kompromis əldə etmək məqsədilə işləri davam etdirirlər.

Onun sözlərinə görə, tərəflər arasındakı fikir ayrılığı o qədər güclüdür ki, onların həlli məsələsində hələlik əhəmiyyətli proqres gözlənilmir.

«Biz, hələlik oraya çatmamışıq. İrəliləyiş yoxdur. İntensiv danışıqlar texniki səviyyədə davam edir. Biz, sazişə nail olmaq məsələsi üzərində çox işləyirik» – deyə, mətbuat katibi bildirib.

London və Brüssel Avropa İttifaqının yaxınlaşan və oktabrın 17-18 tarixlərində keçiriləcək sammitinə həlledici məqam kimi böyük əhəmiyyət verirlər. Əgər lazımi proqres əldə olunarsa, “Brekzit” üzrə sazişin finallaşdırılması üçün 17-18 noyabr tarixlərində növbədənkənar sammit çağırıla bilər.


loading...




Fikrinizi bildirin