“Məktəblərdə müəllim yerlərinin 8 min manata satılması...” – Eynulla Fətullayevə cavab

Jurnalist Eynulla Fətullayev “facebook” səhifəsində qalmaqallı status paylaşıb. O, Azərbaycan məktəblərində rus dilinin geniş yayılmasına qarşı çıxan deputat Gövhər Baxşəliyevanı hədəfə götürərək yazıb:

“Deputat Gövhər Baxşəliyeva bu gün Milli Məclisdə rus dilinə qarşı çıxış edib. Gövhər xanım SSRİ dönəmində maliyyə naziri, kommunist Baxşəli Baxşəliyevin qızıdır. Guya şərqşünas ve akademikdir, amma bütün elmi məqalələri plagiatdır.

Bu “alim” təkid edir ki, rus dilində təhsil məhdudlaşsın. Adama sual verərlər - ay xanım, Azərbaycan məktəblərində təhsilin səviyyəsindən xəbəriniz var? Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox – məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusile təbii fənlər çöküb... Sən nədən danışırsın ay zalım? Yenə rus dilində kitab, dərslik, müəllim tapmaq olar, Azərbaycan bölmələrində axirətdir!!! Bax, bu zalıma nə deyəsən? Sən təhsilin probleminden danış, rüşvətdən danış... Ne deyəsən bu vicdanını itirmiş deputata?! Azerbaycan xalqına niyə bu qədər nifrət edirsən???”

E.Fətullayevin bu fikirlərinə tanınmış təhsil eksperti Etibar Əliyevin münasibətini öyrəndik. Ekspert jurnalisti “düz danışmamaqda” qınayıb: “Nədənsə Eynulla Fətullayev qadınlara qarşı daha kəskin ifadələr işlədir. Mən bunun dəfələrlə şahidi olmuşam. O, Gövhər xanıma qarşı da ağzını açıb, gözünü yumub. Gövhər xanımın elmi işinin plagiat olması barədə danışmaq üçün azı şərqşünas olmalısan. O ki qaldı Azərbaycan məktəblərindəki təhsilin səviyyəsinə, Eynulla bəy burda da düz danışmır. Bu il 700 bal toplayan 29 abituriyentin heç biri rus bölməsinin məzunu olmayıb. Əgər rus bölməsinin abituriyentləri bunu bacarmayıbsa deməli əksinə, rus bölməsindəki müəllimlər və dərsliklərdə problem var”.

E.Əliyev deyib ki, məktəblərdə müəllim yerlərinin 8 min manata satılması da böhtandır. “İndi bizim də iştirak etdiyimiz müəllimlərin işə qəbulu imtahanlarında rüşvət amili tamamilə istisna olunur. 8 min manata müəllimin işə qəbulu məsələsi yəqin ki, Eynulla bəyin həbsdə olduğu dövrlərə təsadüf edir. Və hamı bilir ki, 2500-dən çox saxta diplomlu müəllimlər məktəbdən kənarlaşdırılıb. Bunu demək lazımdır… Vakant yerlərə müəllimlər şəffaf imtahan yolu ilə qəbul olunurlar. Hər kəsin topladığı ballar da açıqlanır. Son 5 ildə təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər hər iki dildə aparılan təhsilə şamil edilib. Eynulla Fətullayevin təbirəncə desək, təbii fənlər Azərbaycan bölməsində heç də çökmür. Yerli və beynəlxalq fənn Olimpadalarının qaliblərinin də mütləq əksəriyyətinin Azərbaycan bölməsinin şagirdləri olması buna sübutdur. Ancaq biz də hesab edirik ki, hələ görüləsi işlər çoxdur. Və ən əsası odur ki, böhranın qarşısı alınıb. Sonda onu da deyim ki, əslində deputat xanıma bir sözə görə vicdanını itirmək demək heç bir əxlaq qaydalarına sığmır. Azərbaycan dilindəki təhsilə qərəzli böhtan atmaq vicdanını itirməkdir. Əlbəttə ki, söhbət olan vicdandan gedir…”

635x100

Şərhlər

azad 2018-10-13 12:28:25

eynulla kim ana dilni öz millətni sevməyən nankorlara bu torpagin suyu havası haram olsun.

Vaqif 2018-10-13 12:28:25

Vaqif: Əslində hörmətli Gövhər xanım Baxşalıyevanın gündəmə gətirdiyi məsələ, xeyli vaxtdır ki, əhalinin böyük bir hissəsini narahat edən məsələlərdən biridir. Lakin son günlər Azərbaycanda kim millətin xeyrinə bir söz demək istəyirsə o saat Eynulla Fətullayevi "xoda" salırlar. Və onu "xoda" salanlar, heç şübhəsiz millətimizi, vətənimizi və müstəqilliyimizi sevənlər deyildir.

Şərəf Əliyev 2018-10-13 12:28:25

Eynullanın sahibiləri onu kimin üstünə yönəltsə ora səs çıxarmağa başlayır. Bu adamda sanki öz millətinə qarşı nifrət var. Bəlkə də bunun da qarşığı var və ya tam başqa millətəndir. Araşdırmaq lazımdır. Yadımda vaxtaşırı ermənilərlə can bir olur. Ermənilerin, rusun müdafiəsi üçün nə desən edir.Vaxtilə Arazın, Ayazın yanında yallanırdı. Xocalı sakinlərini təhqir etdiyi üçün atdlar türməyə. Bilmirəm türmədə buna neynədilər, harasında əməliyyat apardılar ordan tam ..... çıxdı.

G.M 2018-10-13 12:28:25

Əvvala onu bilin ki,eynulla ``buyruq quludur``..bu cızmaqaraya sifariş verənlər ya MM-də G.Baxşalıyeva xanımla görüşəndə ikiqat əyilənlərdən biridir.Ya da bir az ``yuxarıda`` oturanlardandır.eynulla ucuz adam olsa da ,tapşırııqları ``bahalı kreslolardan `` alır.

Imanli 2018-10-13 12:28:25

eynullanin tebirince Cinin butun kommunist ehalisi indi dilini, dinini itirib "russkiy yazichniy" olmaliydi nece ki, o ozu itirib vicdani ile birlikde

UNIVERSAL SOLDIER: 2018-10-13 12:28:25

CƏNAB İLHAM HEYDƏROĞLU ƏLİYEV- müasir Azərbaycanın demokratik hüquqi dövlət və ədalətli vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inkişaf modelinin təminatçısı olaraq azad Azərbaycanı daha da güclü vahid edəcək ULU ÖNDƏR HEYDƏR ƏLİYEV siyasi kursunun məntiqi davamı olan müasir dövrün tələbinə uyğun olan strateji siyasətiylə Azərbaycan xalqını və onun torpağını-tarixini-milli mənəvi dəyərlərini- adət ənənələrini-elmini-dilini, mədəniyyətini, milli və dini tolerantlığını qoruyub inkişaf etdirərək xoşbəxt gələcəyə aparan AZƏRBYCAN XALQININ ALTERNATİVSİZ MÜTLƏQ LİDERDİR!

Azərbaycanlı 2018-10-13 12:28:25

Təhsil ekspertinin düşümcələri müəmmalıdır.Çünki son 30 ildə təhsilin bərbad edildiyinin,dərsliklərin yaramazlığının,məktəblərdə alverin olduğu sirr deyil.Burada lazımi ölçü götürülmədiyi də bəllidir.Ancaq bu ekspert bilmirmi ki, məktəblərdə təhsilin səviyyəsinin bərbad olması repititorlara geniş imkan açıb.500-700 bal toplayanların 99 faizi repititorların əməyindən istifadə edənlərdir. Qaldı Gövhər xanımın elmi işi .Bu da onun Naxçıvandan olması və Elmlər Akademiyasının da Naxçıvanlıların inhisarında

ZATI-ALILƏRİ İLHAM HEYDƏROĞLU ƏLİYEV: 2018-10-13 12:28:25

… Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.

Elçin 2018-10-13 12:28:25

Salam. Eynulla düz danışmır, rus dilində təhsili təbliq edir. Mən rus dilində təhsil almışam, amma balalarıma azərbaycan dilində təhsil verirəm. Mən bu satqın və geyrətsizləri anlamıram, axı sənin evladın rus dilində təhsil alıb rusyada işləyəcək. Anlayın ki rus dilinin potensialı yoxdur, gələcəkdə sizin balalarınız bu səhvin əziyətini çəkəcəklər. Bədbəxtçilikdir. Eynulla yenə köhnə peşəsiynən məşquldur

buzlaq 2018-10-13 12:28:25

Çox əfsuslar olsun ki, Eynullanın soyadı mərhum "qara polkovnik"lən eynidir. Eynulla Sabit Rəhmanın Mindilli (Nişanlı qız) surətidir. Ruslar demişkən nər zarafatda gerçəkliyin hissəsi var. Millətin başını qatmaqdan ötrü kommunist qızı kommunist, təyinatlı deputat daha böyük fiqurların göstərişi ilə bu mövzunu atıb ortaya. Bir kəlmə də UNIVERSAL SOLDIER cənablarına: Elçibəy rus dilini yığışdırmaq isəyirdi, sadaladıqların rus dilini yenidən kürsüyə mindirdi. Tak çto özünə çox əl qatma,

Elçin 2018-10-13 12:28:25

Eynulla Fətullayev elə ruslara işləyən bir nömrəli agentdir, bir adamın ki, dostu rusun şah agenti duqin ola. Saytında da mütəxəssis kimi rəy formalaşdırmağa çalışan adamlar dünyanın ən geridə qalmış antikvar nümayəndələridir. Həmişə separatçılığı dəstəkləyən rus gədələrinin fikirlərini sırayır. Yapın rüşvətxorları ... büdcəni talıyan məmurlardan heç fərqlənmir. Buda prezident və ailə üzvülərinin adını işlətməklə (bunuda öznümüdafiə taktikası üçün seçib) antiazərbaycan təbliğatını sığortalamağa çalışır. Keçmiş ssri məkanında separatçıların fikir babası olan zatulin kimi zatıqırıq gədənin fikirlərini böyük fikir kimi qələmə verməklə Qüdrət Həsənquliyevədə xof gəldi. .. Çoxlu dil bilmək pis şey deyil, amma Eynulla kimi rusa çuşkalıq etmək öz millətinin ana dilini aşağılamaq xəyanətdən başqa bir şey deyil.

antiAbu 2018-10-13 12:28:25

Eynulla müəllim fikirlərini axıra çatdırmayıb. Sonda yazmalıydı ki, niyə Rusiya, rus dilinə və rusdilli əhalisinə bu cür hörmətlə yanaşan bir millətin ərazi bütövlüyünü bərpa etməyə imkan vermir, bir nəfər də olsun rus əhalisi olmayan Ermənistana "İsgəndər" raketlərini verir ki, Azərbaycanın rusdilli əhalisini, rus məktəblərini, Rusiya Universitetlərinin Bakı filallarını məhv etsin? Azərbaycanın rus icması və rusdilli əhalisi bu barədə Rusiya Prezidentinə və müdafiə nazirinə kütləvi müraciətlər etməlidirlər

Son yazılar