CAHANGİRİN 60, HACI İBRAHİMİN 800 MİLYONU... - Nehrəmlinin ABB borclarını necə "bağlayırlar"? (Talan davam edir!)

 İbrahim Nehrəmlinin Beynəlxalq Banka olan 800 milyon borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq gedir

Bir neçə gündür ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda on milyonlarla dollarlıq xərcləməsinə dair ortaya çıxan faktlar ölkə gündəminin əsas mövzusuna çevrilib. Ərinin dövlətə məxsus bankdan oğurladığı milyonlar hesabına Londonda ərəb şeyxlərinin belə həsəd aparacağı həyat yaşayan xanım Hacıyevanın harınlığı o səviyyəyə çatıb ki, Böyük Britaniya hökumətinin də diqqətini çəkib.

Buna görə də Britaniya Ali Məhkəməsi araşdırmaların mərkəzinə düşən Z.Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Hər gün təkcə şəraba 2500 dolar vəsait ödəyən, gündəlik xərclədiyi vəsaitin həcmi 5000 funt-sterlinqdən (təxminən 11 min manat) çox olan Hacıyeva "bu bulağın suyunun" hardan gəldiyini  Britaniya hökumətinə izah edə bilməzsə, əmlaklarının və banklardakı kapitalının müsadirə olunacağı bildirilir. Pulların oğurluq olduğu şübhə doğurmadığından, yəqin ki, belə də olacaq.

Yəni, Cahangir Hacıyevin oğurlayaraq arvadının adına ölkədən çıxardığı, Azərbaycan dövlətinə, millətinə məxsus 100 milyonlarla dollar Britaniya hökumətinin sərəncamına kecəcək, bu ölkə vətəndaşlarının həyat səviyyəsinin  yüksəldilməsinə xərclənəcək.

Hacıyevanın Londonda müsadirə olunacaq sərvətinin Azərbaycana qaytarıla biləcəyinə dair fikirlər isə sadəcə nağıldan başqa bir şey deyil. Bəlkə də, göstərməlik üçün Bakıya 5-10 milyon dollar göndərəcəklər. Ancaq 100 milyonlar Britaniya Krallığında qalacaq... 

Zatən tarixən belə olub: Şərq-müsəlman ölkələrində milli qeyrətini, şərəfini itirmiş məmurların, fırıldaqçı iş adamlarının dövlətdən və millətdən oğurlayaraq xaricə daşıdığı milyonların, milyardların böyük hissəsi müəyyən müddətdən sonra Qərb ölkələrinin sərəncamına keçib. Azərbaycandan oğurlanaraq Avropa ölkələrinə, bu ölkələrin nəzarətində olan ofşor adalara daşınan milyardların da gec-tez eyni aqibətlə üzləşəcəyi şübhə doğurmur. Cahangir Hacıyevin oğurlayaraq arvadı ilə Londana göndərdiyi sərvətin müsadirəsinə bu prosesin başlanğıcı kimi də baxa bilərik...

Gələcəkdə xeyli sayda Azərbaycan məmurunun, iş adamının ailəsi barədə oxşar faktların ortaya çıxmasının şahidi ola bilərik. Hər halda ölkədən pul çıxaran təkcə Cahangir Hacıyev deyil, 10 milyonlarla, 100 milyonlarla, hətta milyardlarla vəsaiti xaricə daşıyan bəlli və "gözəgörünməz" məmurlarımız var...

Təkcə Beynəlxalq Bankdan oğurlanmış vəsaitin miqyasına baxsaq, Cahangir Hacıyevi hətta çox "gözütox" biri kimi xarakterizə edə bilərik. Məsələ ondadır ki, məhkəmə hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərləri Beynəlxalq Bankın 211 milyon manatını mənimsəyib, "Aqrarkredit” QSC-yə isə 7 milyon 423 min manat ziyan vurublar. Hökmə görə, Hacıyev və dəstəsi ABB-dən mənimsədikləri 211 milyondan 102 milyon manatını artıq geri ödəyiblər. Yəni, məhkəmə "Aqrarkredit” QSC-yə vurduqları 7,4 milyon ziyanla birlikdə Hacıyev və dəstəsinin 116 milyon manat dövlət vəsaitini ələ keçirdiyi ilə bağlı qərar çıxarıb. Bunun da təxminən 70 milyonunu (63 milyonu ABB-dən olmaqla-müəl.) Cahangir Hacıyevin ələ keçirdiyi bildirilib.

Beynəlxalq Bankdan oğurlanan vəsaitin ümumi miqdarı isə milyardlarla dollarla ölçülür. Bankın borcları ilə bağlı bu ilin may ayında açıqlanan məlumatlardan sonra məlum oldu ki, ABB-də 19, 4 milyard manat dövlət vəsaiti "yeyilib". Yəni, Cahangir Hacıyevin imzası ilə bankdan milyardlarla manat dövlət vəsaiti çıxarılıb mənimsənildiyi halda, onun özü cəmi 200 milyon oğurlayıb! Məhz buna görə, Cahangir Hacıyevi "gözütox" biri kimi xarakterizə edə bilərik. Ancaq əsas məsələ bu deyil.

Əsas məsələ bu milyardların kimlərdə və harada olmasıdır. 200 milyon oğurlayan (bunun da 100 milyonunu qaytaran) Cahangir Hacıyev və bir neçə 10 milyon oğurlayan "xırda balıqlar" həbsə alındıqları halda, müxtəlif layihələr adı altında dövlətin 100 milyonlarını, milyardlarını ələ keçirib xaricə daşıyanlar azadlıqda kef işində yaşayırlar.

Hətta onların əksəriyyətinin kimliyi belə ictimaiyyətdən gizlədilir. Bu 20 milyarda yaxın vəsaitin kimlərin əlində olduğu açıqlanmır. Düzdür, zaman-zaman onlar haqda məlumatlar ortaya çıxır. Məsələn, bu yaxınlarda "AzPolitika.info" ya verilən məlumatlardan belə məlum olmuşdur ki, Beynəlxalq Bankdan 400 milyon dollar kredit də Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC üçün götürülüb, ancaq qaytarılmayıb. Cahangir Əsgərovun da bunun məsuliyyətini uzun illərdir “Silk Way Holding” MMC-yə rəhbərlik edən Zaur Axundovun üzərinə qoyaraq, onu vəzifəsindən uzaqlaşdırıb.

Beynəlxalq Bankın 400 milyon dollarının (Təxminən 700 milyon manat-red.) Cahangir Əsgərovun, yoxsa Zaur Axundovun "zavalına" gəldiyini bilmirik. Ancaq bu dəqiqdir ki, ABB-dən oğurlanan 20 milyardın 700 milyon manatı məhz “Silk Way Holding”in divarları arasında "yoxa çıxıb". Buna görə isə kim(lər)insə məsuliyyətə cəlb olunduğu haqda məlumat yoxdur. Kim bilir, bəlkə də bu 700 milyonu haralarasa yazaraq, artıq "siliblər" də...

Məsələ ondadır ki, "AzPolitika.info"ya daxil olan məlumatlarda artıq bəzi aferistlərin ABB-dən aldıqları 100 milyonlarla krediti "əvəzləməyə" çalışdıqları bildirilir.

Bu haqda danışmazdan öncə xatırladaq ki, Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi yüksək vəzifəli şəxslərə bağlı iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli  sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, götürüb qaytarmadığı kreditn həcminə görə bəlkə də birincisi "Hacı İbrahim" ləqəbi ilə tanınan İbrahim Nehrəmlidir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq  

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15  gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq  borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu.

İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun 

Başqası olsa, "dəlidir" deyib keçərdilər, ancaq bunu söyləyən İbrahim Nehrəmli olduğundan, "altından nəsə çıxacağını" gözləmək lazım idi.

"AzPolitika.info"ya verilən məlumatlardan belə məlum olur ki, İbrahim Nehrəmli ağlasığmaz hesab olunan bu niyyətini reallaşdırmaq üzrədir. Belə ki, 

Onlar

Bunun açılması üçün Britaniya hökumətinin İbrahimovların bu ölkəyə pul gətirmək imkanının tükəndiyinə əmin olması lazımdır. Yəni, Britaniyada "sağılan inəyi" kəsmirlər, qısırlaşmasını gözləyirlər...

Biz də gözləyək, görək, Zamirə Hacıyevadan sonra dünyanı İbrahimovların və digər ABB milyarderlərinin London macəraları ilə necə heyrətləndirəcəyik...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Cəlil 2018-10-16 08:00:44

Cahangir yetimdir,onu baltalamaq olar.Nehrəmli isə bunlardandır.Arxası möhkəmdir.Yoxsa çoxdan aşırmışdılar.QAnun olmayan ölkədə belə hallar təəcüblü deyil.Guya ki, bilmirlər.Cahangir də nehrəmli olsaydı bu həngamə qalxmazdı.

sonaxanum 2018-10-16 08:00:44

bunlar vyetnamka ile ag corab geyinen ozde nehremski Allax CELIL MEMMEDQULUZADEJYE MIN REHMET ELESIN...

Bahadur 2018-10-16 08:00:44

Məmləkətin başı-ayağı itirilib.Tapmaq istəyən də yoxdur.Milyardlar yeyilir,orqanlar kənardan baxırlar.Axı bunu bir nəfər yemir? Bir qrup köpək sürüsü daraşıb Azərbaycana .Nə baxan var,nə nəzarət edən.Hərəsi bir tərəfdən oğurlayır.Birinin toyuğunu bir ac oğurlamağa məcbur qalanda həmən onu tutub mühakimə edirlər.Bəs milyardları oğurlayan Müslümov,Fazil Məmmədov,İbrahimov qardaşları və sairə niyə azadlıqda keyf edirlər? Budurmu qanuni cəmiyyət?

Amon 2018-10-16 08:00:44

Hecudu hecu ozde alkasinnan

Tahir 2018-10-16 08:00:44

Millətinin pulunu payını yeyib milləti ac qoyanlar özləri də uşaqları da ....öləcəklər,insan kimi yox. O böyük yaradan görür hamısını.

EJDER 2018-10-16 08:00:44

BESDIRIN ,BIR AZ INKIWAFDAN DANIWIN.ANALOQU OLMAYAN INKIWAFDAN,GORESEN BUNUN ANALOQU OLSAYDI,NETER OLJAQDI...

NADİR 2018-10-16 08:00:44

"Britaniyada “sağılan inəyi” kəsmirlər, qısırlaşmasını gözləyirlər…" GÖZƏL SÖZLƏRDİR. BİZDƏ XEYLİ MƏMUR QISIRLAIB ARTIQ. DESƏNƏ KEF OLACAQ!

anonim 2018-10-16 08:00:44

Belə cıxır ki, üzr istəyirəm, xalqımız yatır, varlılarıımız da sağmal inəkdir.

Maqsud 2018-10-16 08:00:44

Hallal olsun "azpolitika"ya da, bu yazını yazana da. Mən müəlliməm. Hacı İbrahimin yerlisi və yaşıdıyam. 40 ildir işləyirəm. 1000 manat tapıb müalicəyə gedə bilmirəm. Bu fırıldaqçı mənim kimilərin milyardını mənimsəyib,kefə, fahişələrə xərcləyir. Nə hökumətə hesab sorur, nə də prokurorluq. Hansı bəs ədaət?

OKTAY 2018-10-16 08:00:44

AMIN

cəngərlik sakini 2018-10-16 08:00:44

KİM MİLLƏTİN VAR-DÖVLƏTİNİ TALAYIRSA ONLARA UZUN, ŞƏRƏFSİZ ALÇALDICI, XƏSTƏ BİR ÖMÜR ARZULAYIRAM.QOY ONLARIN BALALARI DA BU HARAMDAN YEYİB SONRADAN BURUNLARINDAN İRİN ŞƏKLİNDƏ TÖKÜLSÜN.ALLAH ONLARI HƏR İKİ DÜNYADA RƏZİL EDƏR İNŞƏALLAH.

Ekspərт Baуramov 2018-10-16 08:00:44

Qarabag və Haуsтandan "azər"lər Sumqaуıт və Bakıуa oz Şamsтanlarını qarşılamaga qaçanda hələ burada уaşaуan haуlar "...azərbaуcanlıların уeri Xəzərdir!" aтmacası buraxırdılar. Hacı da aтasına olan borca həmin "müdrik" haу sifarişinin icrasına başlaуıb. Məqalənin vurguladıgı kimi Cahangir də əsas olmadan ozbaşına pul buraxan bankirə bənzəmir.

Mail 2018-10-16 08:00:44

BİRE NEÇƏ KLAN QRUPLAŞMA ÖLKƏNİN XALQIN MİLLİ SƏRVƏTİNİ OĞURLAYIB MƏNİMSƏYİBLƏR İNDİ DƏ ÖZ İŞLƏRİNDƏDİRLƏR. FƏLƏK BUNLARI DAYANDIRA BİLƏR. MİLLƏT İSƏ YOL PULU VERƏ BİLMİR.

Vətəndaş 2018-10-16 08:00:44

İbrahimovlar naxçıvanlıdırlar!

ayzek 2018-10-16 08:00:44

cahangiri "kozyol otpuşşeniya" eləyib saldılar içəri.Əsl mafioz məmurlar isə qıraqdan baxıb gülürlər.

Son yazılar