Trampın müşaviri Azərbaycana gəlir - Müzakirə mövzusu İran...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20 də regional səfər çərçivəsində Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır.

Bu barədə C.Bolton “Twitter”dəki səhifəsində yazıb.

Bu yazıya görə, o, Amerika maragları və təhlükəsizlik məsələlərini müzakirə etmək fikrindədi.

Bir sıra mənbələrin məlumatına görə, səfərin əsas məqsədi İran və Suriyanın siyasəti ilə bağlı vəziyyətin müzakirəsidir.

Məlum olduğu kimi, Bolton Tehran və Dəməşqə qarşı sərt mövqeyi ilə məşhurdur və onun Rusiyanı və Cənubi Qafqaz ölkələrini İran və Suriyanı dəstəkləməkdən və onlarla əməkdaşlıqdan çəkindirməyə çalışacağı gözlənilir.

Vaşinqtondakı mənbələrin Turan-a verdiyi məlumata görə, İrana qarşı Amerika sanksiyalarının Cənubi Qafqaz ölkələri üçün nəticələri məsələsi müzakirə mövzusu olacaq. Bu mənada, Bakı və Yerevanın Tehranla əməkdaşlığı müzakirə mövzusu ola bilər.

Məlum olduğu kimi, Vaşinqton artıq onlarla Rusiya şirkətinə, məmuruna və biznesmeninə qarşı Tehranla əməkdaşlığa görə sanksiyalar tətbiq edib. Cənubi Qafqaz ölkələrinə qarşı da analoji addımlar atıla bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar