Gürcüstanın Azərbaycana nə qədər borcu var? - Nazirlik açıqladı

Gürcüstanın Azərbaycana olan borcu 7, 976 mln. dollar təşkil edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bu ilin sentyabrın 30-na olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu avqust ayı ilə müqayisədə 28,478 mln. dollar azalaraq 5 mlrd. 140, 098 mln. dollar olub. Bu məbləğin 5 mlrd. 014, 525 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin Almaniya, Yaponiya və Fransaya olan borcu isə aylıq müqayisədə azalaraq müvafiq olaraq 276, 966 mln. dollar, 207, 807 mln. dollar və 192, 976 mln. dollar təşkil edib.

Gürcüstanın Türkiyə (15,297 mln. dollar), Rusiya (63,567 mln. dollar) və Ermənistana (9, 023 mln. dollar) olan borcu aylıq müqayisədə dəyişməz olaraq qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar