ZAMİRƏNİN MİLYONLARI KİMƏ QALACAQ? - "Əmlak və pul ölkəsinə qaytarılacaq"

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyindən (NCA) bildirilib.

Böyük Britaniya Milli Kriminal Agentliyinin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq.

Xatırladaq ki, Böyük Britaniya KİV-inin daha əvvəl bildirdiyi kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 15 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada aktivlərinin mənşəyinin təmizliyinin sübut edilməməsi səbəbindən aktivləri dondurulmuş ilk şəxs olub.

Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniya hökuməti var-dövlətin aydın olmayan mənşəyi haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir, 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmaması isə aktivlərin dondurulmasına səbəb ola bilər.

BBC-nin məlumatına görə, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan "Harrods"da 16 milyon funt sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan "Gulfstream G550" özəl təyyarə alıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.

Daha əvvəl Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı da başa çatıb.

635x100

Şərhlər

NURəddin 2018-10-12 11:32:53

HÖRMƏTLİ MÜFƏTTİŞ BƏY. MƏNSƏ HEÇ KİMƏ HALALLIQ ZAD VERMİRƏM. MƏN MƏNƏ ÇATASI PULUN HAMISINI VƏ ÜSTƏLİK ÜSTÜNÜN 49 FAİZLƏ GƏLİRİNİ DƏ İSTƏYƏCƏYƏM. DÜZ 49 FAİZLƏ TƏLƏB EDƏCƏYƏM. ONLARIN ÖZLƏRİNDƏN DƏ OLMASA NƏVƏLƏRİNDƏN BU PULLARIN ALINACAĞINA ƏMİNƏM. DOSTUM ÇALIŞ O MÜBARƏK GÜN GƏLƏNDƏ HEYFİSLƏNMƏYƏSƏN.TƏSƏVVÜR ET Kİ, QAPI-QAPI DÜŞÜB ALƏMƏ PUL PAYLAYIRLAR SƏNƏ VERMİRLƏR.DEYİRLƏR SƏNİNLƏ RAŞOTUQ. HALALLIĞINI VERMİSƏN. SÖHBƏT DƏ ADAMBAŞINA 1 MİLYON DOLLARDAN GEDİR.

aysberq 2018-10-12 11:32:53

Əvvəla o oğurlayanda onlar harada idilər (onlar daha çox oğurlayırdılar)??? Sonrası Beynəlxalq Bankdan Oliqarxların kredit adı ilə əkiuşdirdiyi milyardlları yazdılar millətin belinə bundan danışan yoxdur. Baş qatmaq üçün Zamirəni atıblar ortaya....

NURəddin 2018-10-12 11:32:53

Zəminənin oğurladığı pulları dövlətə deyil, xalqa qaytarmaq lazımdır.20 il müddətinə bütün xalq hər cür komunal xərcdlərən, hər cür səhiyyə xərclərindən,hər cür cərimələrdən azad edilsin.20 il müddətinə bütün təhsil pulsuzlaşdırılsın.20 il müddətinə əhaliyə gecə-gündüz nəqd şəkildə pullar paylanılsın. Xalq da anlasın ki, sadəcə bir oğrunun oğurladıqları pullar nələrə yetərmiş. Yoxsa Əlidən alınıb Pirvəliyə veriləcəksə, elə ingilislərə qalsa yaxşıdır.Hər halda ingilislər zamirələrdən insaflı olar.

Bashirov Qarib 2018-10-12 11:32:53

Bu lap ag oldu.Camaat zəhmıt çəkib ogrunu ifşa edir,sonra da səliqə ilə pulu qaytarır ki,buyurun siz xərcləyin.Qəddafinin,Səddamın,İran şahının,H.Mubarəkin pulunu necə mənimsədilərsə, bunu da elə mənimsəyəcəklər.Əsas odur ki,xalqa verilməsin.Mexanizm belə qurulub.

t.ədalət 2018-10-12 11:32:53

Oğurluq və dələduzluq yolları ilə əldə edilən var-dövlət geri qaytarılmır.Quldur məmiurların, dövlət başçılarının da pulları böyük dövlətlər tərəfindən pay-püşk edilir.Quldurları böyük dövlətlər özləri yaradır,zahiri dəstək yolu ilə quldurların milli sərvətləri talamasına imkan yaradır,sonra da devirib əlindəkiləri yağmalayırlar.Sərvət oğrularından kiminsə çırpışdırdıqlarına sahib olması,hələlik tarixə məlum deyil.

ATDAN DÜŞƏNİ İT QAPACAQ: 2018-10-12 11:32:53

YƏNİ AZƏRBAYCANDA DA BEZİ PULLU VƏZİFƏLƏR ERMƏNİ-XAİESLƏRƏ MƏXSUSDUR...

yengibar 2018-10-12 11:32:53

Qaytarsınlar, burda yeni-yeni cahangirlər, qüdrətlər var, onlara verərlər...

ayzek 2018-10-12 11:32:53

B.BRİTANİYA "BİZİMKİLƏR"İN SİFARİŞİ İLƏ HƏRƏKƏT EDİR.

Müfəttiş 2018-10-12 11:32:53

Mən bu sərvətin mənə çatan hissəsinin halallığını, bu başdan Zamirə xanıma halal edirəm, qoy onda qalsın...

Son yazılar