"SON 10 İLDƏ HƏR SAATDA 1126 MANAT XƏRCLƏYİB..." - Qubad İbadoğlu Hacıyevadan yazdı

Rutgers Universitetinin professoru, iqtisadçı - alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.İbadoğlu son günlər müzakirələrə səbəb olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait ilə bağlı təhlil aparıb. İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını təqdim edirik:

"Qlamurlaşmış Azərbaycan məmurları və ya Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.

Məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.

Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub. Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım. Yeri gəlmişkən belə yazıların bəzilərinin (CNN, BBC, The Telegraph, The Sun) linklərini şərh bölməsində paylaşıram, maraqlananlar oxuya bilərlər.

Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinqi, insafla Azərbaycan manatına çevirsək 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib. Odur ki, sizə sözüm pulu hara və necə xərclənməsi ilə bağlı deyil, bu pulların mənbəyi və asanlıqla mənimsənilməsi ilə bağlıdır.

Xatırlayırsınızsa bir vaxtlar İqtisadiyyat Nazirliyinin Anti-inhisar şöbəsinə rəhbərlik edən bir məmur, səhər yeməyini Moskvada, naharını Dubayda, şam yeməyini də başqa bir ölkədə edirdi. Bütün bunlar Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünün, külli miqdarda dövlət vəsaitlərinin oğurlanmasının, xalqın pullarının mənimsənilməsinin göstəricidir. Bu bir daha sübut edir ki, Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır, dəbdəbə, cah-cəlallı həyat sürən məmurların şəxsi kapitalına çevrilir. Onlar da xalqdan oğurladıqları pulları dədə malı kimi necə istəyirlər elə də xərcləyirlər və belə hallar xalqın sərvətlərinə və hakimiyyətinə sahib çıxana, siz doğrunun, düzgün olanın yanında dayana qədər davam edəcək."

635x100

Şərhlər

EJDER 2018-10-12 11:43:15

EWWI,ESAS OQRULAR CANIKLE,ZAMIRE ILE MILLETIN BAWINI QATIRLAR.....BURUNLARINDAN GELECEK,TEZLIKLE...EJDER OL CANI

muzeffere 2018-10-12 11:43:15

o kreditleri sizden aliblar,yoxsa bashqasindan? Kim verib kreditleri? Canik veribde.Demeli,cavabdehde odur.Bacarmirdi,vaxtinda,muvafiq tedbir gorerdi,yaxud istefa vererdi.Kim ona ixtiyar verib ki,dobletin pullarini sag-sola paylasin?/

Bashirov Qarib 2018-10-12 11:43:15

Qubad muəllim,keçmiş rabitə naziri,məhkəmədə verdiyi ifadəsində demişdir ki,mənim aylıq xərcim 300min manatdır.Bunu məhkəmədə söylədi və mətbuatda da yazıldı.İndi isə tələbələrə muhazirə oxuyur.Bəlkə,onun da saathesabı xərclərini hesablayasınız.15 milyardı öz aralarında pay-puşk edəndə və bu subut olunanda niyə hamı susurdu

Bahar 2018-10-12 11:43:15

Hökümət ABB nəzər eləyirdi, görmürdü bunları? AZAL, Azerisig, Azeryolservis, ADY ve başqa şirkətlərin yüksək borcları var ABB-na (500, 600, 700 milionluğ borclar). Bunu kim ödəyəcək?

G.M 2018-10-12 11:43:15

Beynəxalq Bankı ``Akula məmurlar dağıdıb`` ..tülkü,çaqqal,... qarğa ,sağsağan. Z.Hacıyeva kimi qıraq bucağından alıb-qaçanlardı.Hətta bu ``dağıntıdan`` bəhrələnən sürücü,qaynaqçı,kəmsavat jurnalistlər,böhtançı Siyasi Liderlər də olub.

NE GOZLEYIRDIK NELER OLDU 2018-10-12 11:43:15

o olmasin bu olsun kinofilminde deyir sen burada ne edirsen deyir men edaxlibazliga gelmiwem deyir ele men de o iw ucun gelmiwem IN DE MEMURLAR.SOK HA SOKDU KIXALQIN MALINI SOKUB DAGIDIRLAR,DUWUNMURLER KI REYYETYN MALI GECI TEZI ONLARIN XIRTDEYINDE QALICAQ SICAN , QARIWQA DA YIGIR SONDA ISE SEL GELIB YUYUB HAMISINI APARIR BU DA OANLAR BAHASINA MUSTEQILLIK QAZANDIGIMIZ OLKENIN MEMURLARI

muzaffar 2018-10-12 11:43:15

Ümumulikdə BB-dan 15 milyard manat oğurlanıb. Qoy bunu lap 1 mulyardını Hacıyev oğurlayıb. Bəs qalan 14 milyard necə oldu! Hamı bilir ki,nazirlər, komitə sədrləri, PA işçiləri BB-dağılmasında iştirak edib! Kredit götürüblər və qaytarmayıblar!Hətta başını aşağı salıb elmi 20 il qilyotinləyən Fatma Abdullazadə belə 50 milyon göyürüb qaytarmır! Siz gedin bu adamlardan danışın! Yoxsa Zamirə belə gəldi, Canik belə getdi. Yıxılana balta vuran çox olar! Əsas da buralarda! Ata gücünüz çatmır, yeheri döyürsünüz!

Son yazılar