Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılıb

Gəncə şəhər Səhiyyə idarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışırdı.

635x100

Şərhlər

Abit 2018-10-12 13:58:05

çıxarılası adamlar kenarda qalıb

Son yazılar