Xarici işlər naziri istefa verdi – Zəif kadr siyasətinə görə

Dərc olunub: 12/10/2018 - 15:06

1027930201Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev istefa verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-nin mətbuat xidməti nazirin bəyanatını yayıb.

Bəyanat deyilir: “Qırğız Respublikasının xarici işlər naziri vəzifəsində 6 il işlədikdən sonra öz xahişimlə tutduğum vəzifədən istefa vermişəm. Dövlət başçısı istefamı qəbul edib”.

Qeyd edək ki, ötən ayın sonunda Qırğız Respublikasının Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan Bişkekdə keçirdiyi mətbuat konfransında Malayziyada səfir işlədiyi 2015-2016-cı illərdə səfirlik əməkdaşları tərəfindən yol verilən pozuntular barədə məlumatları açıqlamışdı. Cavab olaraq XİN rəhbərliyi səfirin özü tərəfindən xidmət qaydalarının pozuntuları haqqında məlumatları olduğunu bildirmişdi.

Təhlükəsizlik Şurasının keçirdiyi araşdırma nəticəsində XİN-də vaxtaşırı xidmət sənədlərinin kənara sızması, zəif kadr siyasəti ortaya çıxarılıb.








loading...


Fikrinizi bildirin