Bakıda restoran sahibindən pul tələb edənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 22-ə təyin edilib.

İttihama görə, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları, restoran sahibi Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.

S.Salayev hüquq-mühafizə orqanlarına müracət edib.

Hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb. Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

t.ədalət 2018-10-12 16:09:03

Bu jurnalistlərin,məgər, topu-tüfəngi var ki,gedib kimisə qorxudub pul tələb etsin?Əksinə,jurnalistlərin böhtana məruz qaldığı obyektlərdə böyük nöqsanlar olur.Nöqsanların aşkar olunmasından qorxduqları üçün iş adamları hüquq-mühafizə orqanları ilə əlaqə yaradıb jurnalistləri ləkələyirlər.Təmiz işləyənlərin jurnalistlərdən nə qorxusu ola bilər?Mətbuat Şurası deyilən qurum belə şərləmələrə son qoymalı,hüquq-mühafizə orqanlarının diqqətini ölkədəki quldur məmurlara yönəltməyə səy göstərməlidir.

Son yazılar