"UŞAQLARIN RUS SEKTORUNA GÖNDƏRİLMƏSİNİN QARŞISINI ALMALIYIQ" - Gövhər Baxşəliyeva

Milli Məclisin bugünkü iclasında deputat Gövhər Baxşəliyeva rus sektoruna daxil olan uşaqların sayının artmasından narahat olduğunu söylədi. “Bu, kökündən səhv bir meyldir, biz vaxtında bunun qarşısını almalıyıq. Bu, mənim rus dilinə qarşı çıxmağım kimi anlaşılmamalıdır. Rusiya bizim strateji partnyorumuzdur, dost dövlətdir. Amma rus dili ingilis kimi tədris olunmalıdır”-deyə, o, bildirdi.

G.Baxşəliyeva dedi ki, bütövlükdə azərbaycanlı uşaqların 1-ci sinifdən rus sektoruna verilməsi kökündən yanlışdır: “Necə olur ki, Arazın o tayında 35 milyonluq xalq ana dilində təhsil uğrunda mücadilə verirlər, təzyiqlərə məruz qalırlar, amma biz burada ana dilində təhsil vermirik? İstənilən azərbaycanlının ilkin təhsili ana dilində olmalıdır. Sadiq Azərbaycan vətəndaşı olmaq üçün bu, çox vacibdir”.

Sovet dövrünə istinad edeənlərə də cavab verdi: “Bəli, o vaxt karyera qurmaq üçün rus dili lazım idi. Amma bu gün biz müstəqilik və karyera üçün ana dili vacibdir”.

635x100

Şərhlər

hrbi pensiyaçı 2018-10-12 16:46:52

Bəs alman ingilis və s. məktəblər? Nə üçün onlara 1-ci sinifdən olar amma rus dilinə olmaz? Gövhər xanım iddia edir i, SSRİ vaxtı rus dili karyera üçün lazım idi. Təmamilə səhv fikirdir. Mərhum İbrahim Qurbanov rus dilini bilmirdi amma RPK-nin 1-ci katibi issssşləyirdi. İndiki deputatlardan da çoxu rus dilini bilmir, umumiyyətlə xarici dil bilmirlər, lakin bu onların deputat seçilməsinə mane olmayıb. Heç bir tarixi mənbədə yazılmayıb ingilis dili

azad 2018-10-12 16:46:52

ana dilini bilməyən azərbaycanda yaşayan cuşqalar istəyirsən 50 li dildə danış səndən vətənpərvər cıxmaz.

Əsəd-ardı 2018-10-12 16:46:52

Sovet təhsil sistemini görmüş bir insan kimi Sizə məlumdur ki sovet orta məkəblərində 1-ci sinifdən rus dili, 5-ci sinidən isə ingilis, alman, fransız dilləri 10-cu sinifə kimi keçirilirdi. Lakin sovet vaxtıda, indi də təhsil sistemimiz bərbad olduğu üçün bu dillərin öyrənilməsində ciddi uğur əldə edə bilmirik. Yalnız sovet dövründə Bakıda rus dilli əhali çox yaşadığına görə şəhər camaatı rus dilini daha asan mənimsəyə bilirdilər. Yəni hara fırlansaqda gəlib təhil sisteminin üzərində dayanacağıq. Məktəblərdə xarici dillərin tədrisinin keyfiyyəti artırılarsa fikrimcə əksər insan övladının ana dilində təhsil almasını istəyər. Hörmətli deputat Gövhər xanım bilirsiniz ki bu məsələ də dövlət səviyyəsində həll olunmalı məsələdir. İqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə təhsildən başlamaq lazımdır. Necə deyərlər ən yaxşı investisiya təhsilə qoyulan investisiyadır.

Əsəd-ardı 2018-10-12 16:46:52

Təbii ki bütün valideynlər övladlarının uğurlu karyera qurmasını istəyirlər. Görəndə ki rus bölməsini qurtaranlar üçün universtetlərə keçid balı daha aşağıdır, bizim ali məktəblərdən daha nüfuzlu MDB ölkələrində oxumaq şansı çoxdur, rus dilində elmi ədəbiyyat çoxluq təşkil edir, karyera qurmaq daha asandırsa niyə onlar uşaqlarını heç olmasa rus dilində təhsil almasını istəməsinlər. Əlbəttdəki ingilis dilində təhsil almaq rus dilində təhsildən daha yüksək sayılır. Lakin bilirsiniz ki hazırda ingilis dilində təhsil verən məktəblərdə qiymətlər çox yüksəkdir və hamı üçün əl çatan deyil.

Əsəd 2018-10-12 16:46:52

Gövhər xanım imkanlı, az-çox savadlı insanlar, şəhər əhalisinin çox hissəsi sovetin vaxtında da, indi də övladlarının rus bölməsində təhsil almasını istəyiblər. Yəqin ki bu rus dilinə olan sevgidən irəli gəlmir, bu sovetin vaxtındada, indi də karyera qurmaq üçün vacib amil olub. Yaxşı vəzifələrdə və xarici kompaniyalarda işləyən şəxslərin statistikasını aparsanız orada işləyən şəxslərin 80-90%-nin rus sektorunu qurtaranlar olduğu məlum olar. Məsələn Siz Azərbaycanda neftlə əlaqədar fəaliyyət göstərən “BP”, “Total”, “Şlumberger”, “Halliburton”, “Mİ”, “Baker” şirkətlərində çalışan azərbaycanlı işçilər arasında sorğu aparsanız buna əmin olarsınız.

SÜLEYMAN ƏHMƏDOV 2018-10-12 16:46:52

CÖVHƏR XANIM DİLİMİZ MƏNLİYİMİZDİR,GENETİK KODUMUZDUR.ONU İTİRSƏK HƏR ŞEYİMİZİ İTİRƏCƏYİK.FİKİRLƏRİNİZİ BÖLÜŞÜRƏM.SAĞ OLUN.

-------- 2018-10-12 16:46:52

Massaj salonların da yığışdırın, ərəblərin qarşısını alın şəhərdə küçəyə çıxmaq olmur

t.ədalət 2018-10-12 16:46:52

Gövhər xanımın bu çıxışı müstəqilliyimizin qorunması uğrunda bir fədakarlıqdır.Cəbhə xəttində düşmənin hücumlarına qarşı dayanmış əsgərlərimizin xidməti qədər müqəddəsdir.Nə yaxşı ki dilimizi,millətimizi sevən deputatlarımız var!Vətən belə vətəndaşlarımızın çiyinləri üzərində dayanır!

hellas 2018-10-12 16:46:52

Xanım, Siz dərinə baş vurdunuz, gələn seçki təyinatında daha təyin olunmayacaqsınız. P.S. Bu ola bilsin hansı bir klan tərəfindən irəli sürülən provikasiyada ola bilər.

Veteran 2018-10-12 16:46:52

Cagangir Esgerovun gozunden iraq

Son yazılar