Sabiq xarici işlər naziri prezident olacaqmı?

Gürcüstan hakimiyyəti seçicilərə təzyiq göstərməkdə günahlandırılır

Gürcüstanın bir neçə nüfuzlu qeyri-hökumət təşkilatı hakimiyyəti prezident seçkisi öncəsi inzibati resurslarından qeyri-qanuni şəkildə istifadə etməkdə günahlandırıblar.

QHT-lərin yaydıqları bəyanatda deyilir ki, hakimiyyət hakim partiyanın seçkidə dəstəklədiyi sabiq xarici işlər naziri xanım Salome Zurabişvilinin xeyrinə təbliğat və təşviqat aparmaqla yanaşı, seçicilərə təzyiq göstərir. Belə ki, QHT-lər hakim partiyanın büdcə təşkilatlarında çalışanlara təzyiq göstərməsinə dair faktlara malik olduqlarını bildirirlər. Qeyd olunur ki, yerli bələdiyyə orqanları rəhbərləri büdcə təşkilatlarında çalışanlar və onların ailə üzvlərini siyahıya almaqla yanaşı, S.Zurabişvilinin potensial seçicilərinin də siyahısını tərtib edirlər.

Bununla yanaşı bildirilir ki, büdcə təşkilatlarında işləyənlər xüsusi sənəd forması doldurmağa məcbur edilir ki, burada da onların ailə üzvlərilə yanaşı, digər qohumlarının da kimliyinin göstərilməsi vacibdir. Bütün bunları ciddi qanun pozuntusu hesab edən QHT-lər, hakimiyətdən bu praktikadan əl çəkməsini tələb edirlər. Sözügedən bəyanat qonşu ölkədə kifayət qədər ciddi rezonans doğurub.

Onu da qeyd edək ki, son rəy sorğuları hakim partiyanın namizədinin prezident seçkisində qalib gələcəyini çox böyük şübhə altına alır. Belə ki, nəticələrə görə, S.Zurabişvili, prezident seçkisini yalnız üçüncü pillədə başa vura bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar