Tramp Türkiyənin amerikalı keşişi azadlığa buraxması haqda – “Çox gərgin işlədik”

Dərc olunub: 12/10/2018 - 18:15

donald_trump_flag“Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik”.

“Report” Türkiyənin NTV telekanaına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması ilə bağlı İzmir məhkəməsinin qərarına münasibət bildirərkən yazıb.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.








loading...


Fikrinizi bildirin