“Gəlin, Azərbaycandakı universitetlərə, görün...” – Ziyafət Əsgərov

“Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil. Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Məgər onlar xaricdə oxuyanlardan əskikdirlər?”

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında deyib.

O qeyd edib ki, xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər.

“Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhsilini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.

635x100

Şərhlər

Abit 2018-10-12 19:42:21

Heç olmasa dinme qoy rahat oturaq.Ele bil qesdle milletin esebi ile oynayırlar.Gedek ferqi gösterim

antiAbu 2018-10-12 19:42:21

Bunun sadaladığı Azərbaycan ali təhsil müəssisələri, dünya üzrə reytinq cədvəlində neçənci yeri tuturlar? Bu təhsil müəssisələrinin adları heç o cədvəllərin axırıncı pilləsində belə yoxdur. Bunun kimilər xaricdə təhsil alanların başına eə oyunlar açırlasr ki, onlar məcbur qalıb ölkədən çıxıb gedirlər və ya işsiz qalırlar. Əsil alimin Milli Məclisdə nə işi var? Bu ölkədə hər şey bir-birinə qarışıb. Fizika professoru 23 ildir ki, küçə süpürənlərə, kanalizasiya təmizləyənlərə rəhbərlik edir.

müəllim 2018-10-12 19:42:21

Ziyafət bəy görəsən dediklərini özü eşidirmi?Xaricdə yarı-yarımçıq təhsil alanları bəh-bəhlə vəzifələrə təyin edəndə bu bəy harada qalır?Niyə yazılanlara.deyilənlərə diqqət etmir?Bir də ki, təhsildəki rüşvət və səhlənkarlıqlardan da Ziyafət bəy qeydlər etsə bəlkə bir xeyri olar.Amma,maləsəf...

məmmədqulu 2018-10-12 19:42:21

Ədə yovaş, çox tərpətsən bilik daşıb töküləcəkdir

məmmədqulu 2018-10-12 19:42:21

Sonra da gedib körpülərin altında durarsınız!!!!!!!!!

helime 2018-10-12 19:42:21

hetta ,Iran bele bizim diplomlari tanimir,qardash saydigimiz Turkiyede diplomu tanitmaq uchun neche etap imtahan vermelisen?Sizin bundan xeberiniiz yoxdur? Niye hokumet temsilchileri tehsilin bele berbad gune salinmasina goz yumur?

helime 2018-10-12 19:42:21

Azerbaycanda ishe duzelende ,ilk novbede xaricde tehsil alanlara ustunluk verilir,rus dilini gunde tengid ede-ede ,istenilen ishe rus dili teleb olunur. Sizin sadaladiginiz ali mektebler ,ola bilsin,yaxshi tehsil verir.Bes onlarin tehsil haqqindan xeberiniz var?Bes ATU_nun telebelerinin 90 faizinin almaniyaya,turkiyeye getdiyinden xeberiniz var?Yaxshi tehsil olsa,diplomlar taninsa,camaatin balasinin ne ishi var xaricde?!

helime 2018-10-12 19:42:21

Ziyafet muellim! Camaat xarice oxumaga 3 sebebden gedir: 1-ci-DIMin kechirtdiyi imtahanlarin chox chetin oldugundan ve abituriyentlerin universitelere qebulu il-ilden chetinleshdiyinden,2-ci tehsil haqqlari chox yuksek oldugundan( bu meblege xaricde hem oxumaq,hem yashamaq olar),3-cu(en esasi)-diplomlarimiz bileceriden o terefde taninmir.

Son yazılar