Salyanda avtomobil piyadanı vurub

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rasim Allahşükür oğlu Yusifovu yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Yusifov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar