Çində «müsəlmanların yenidən tərbiyə» mərkəzlərini qanuniləşdiriblər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) Sintsizyan-Uyğur muxtar rayonunda uğur-müsəlmanlar üçün «yenidən tərbiyə müəssisələri»ni qanuniləşdiriblər. Bu barədə «BBC News» kanalı xəbər verib.

Qanunvericiliyə uyğun olaraq, mərkəzlərin işi «transformasiya yolu ilə ekstremizmlə mübarizə»yə yönəldiləcək. Burada «davranışın korreksiyası» və psixoloji təhsillə məşğul olacaqlar, müsəlmanlarala həm də psixoloqlar işləyəcəklər. Bundan başqa, bu müəssisələrdə çin dilindən, qanunvericiliyin ümumi müddəaları və fəhlə ixtisasları üzrə təhsil veriləcəyi gözlənilir.

Bu zaman, «ekstremizm» əlamətləri sırasına qeyri-adi adlar, saqqal saxlanması, qida məhsullarına aid olmayan hallarda «halal» kəlməsi, dövlət televiziyasından və ya uşaqlar üçün dövlət təhsilindən imtina kimi təzahürlər aid ediləcək.

Avqustda Birləşmiş Millətlər Təşkilarının (BMT) ekspertləri xəbər veriblər ki, Sintsizyan-Uyğur muxtar rayonunda «yenidən tərbiyə düşərgələrində» 1 milyona qədər etnik uyğur saxlanır.

Uyğurlar - türk xalqıdır, ÇXR ərazisində yaşayır və islama qulluq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar