ABŞ-da elektromaqnit silahı ilə mübarizə strateiyası hazırlanıb! - 23 səhifəlik sənəd…

Dərc olunub: 12/10/2018 - 22:44

silah2_1492585153«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) elektromaqnit insidentlərlə mübarizə strategiyası qəbul olunub. Bu sıraya təbii təzahürlər və elektromaqnit silahın mümkün tətbiqi aid edilir.

«Elektromaqnit impulslarının tətbiqi ilə məqsədli hücum sayəsində yaradılmış elektromaqnit insidentləri və ya «kosmik hava» adlandırılan təbii geomaqnit həyacanlanma kritik əhəmiyyətli infrastrukturun böyük hissəsinə, o cümlədən, elektroşəbəkə, kommunikasiya avadanlığı, su təchizatı sistemi və kanalizasiya, nəqliyyata ziyan vura bilər» – deyə, 23-səhifəlik sənəddə yer alıb. Strategiyanı ölkənin daxili təhlükəsizlik nazirliyi (DTN) yayıb.

Sənəddə deyilir ki, məqsədli hücum xüsusi nüvə qurğusu, ixtisaslaşdırılmış qeyri-nüvə silahı və istiqamətli elektromaqnit qurğusu ilə həyata keçirilə bilər.
«Onların tətbiqinin nəticələri həm yerli, həm də kontinental miqyasda hiss oluna bilər» – deyə, strategiyada qeyd olunur. Eyni effekt «kosmik hava» adlandırılan ekstremal təzahürün, o cümlədən, güclü elektromanit şüalanması ilə müşayiət olunmaqla, Günəşdən tüllanan plazma selinin yerə çatması nəticəsində də alına bilər.

Strategiya, elektromaqnit risklərinin qarşısının alnması sahəsində tədbirlər kompleksini, reaksiya təlbirlərinin genişləndirilməsini və infrastrukturun müdafiəsi məsələlərini əhatə edir. Detallı olaraq, bu tədbirlərdən söhbət açılmır.








loading...


Fikrinizi bildirin