Pentaqon Bransonu Türkiyədən çıxarmağa hazırlaşır

Casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun İzmir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ev həbsindən azad olunmasından və üzərindən xaricə çıxış qadağasının götürülməsindən sonra amerikalı hərbçilər artıq keşişi ABŞ-a geri qaytarmağa hazırlaşırlar. Bu barədə “Reuters”ə Pentaqonun sözçüsü məlumat verib.

Onun Türkiyədən Almaniyaya, oradan da ABŞ-a aparılacağı bildirilir. Pentaqondakı digər mənbənin sözlərinə görə, Branson hətta bu axşam təyyarə ilə yola salına bilər və onun təhlükəsizliyi ilə birbaşa Pentaqon məşğul olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar