Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 82,45 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,69 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 81,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 11-də 78,65 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 11-də 81,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,64 dollar/barel azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar