«Ukrayna ordusu şərqdən və Krımdan gələn təcavüzü dəf etməyə hazırdır!» - Poroşenko

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, prezident Pyotr Poroşenko Xmelnitski vilayətinin hərbi qulluqçuları ilə görüşü zamanı bəyan edib ki, Ukrayna ordusu şərqdən və şimaldan, Krım ərazisindən və Dnestryanıdan qaynaqlanan təcavüzün qarşısını almağa hazırdır. Xəbəri «UNİAN» agentliyi yayıb.

Onun sözlərinə görə, son illər Ukrayna ordusu döyüş qabiliyyətini bərpa edib, döyüş təcrübəsi əldə edib, operativ imkanlarını artırıb və texniki təchizatını yaxşılaşdırıb. «Potensial təhlükəli istiqamətlərdə biz, şərqdən, o cümlədən, Krım istiqamətindən, Dnestryanı istiqamətindən və şimaldan qaynaqlanan təcavüzün qarşısını almağa hazır olan güc qrupları yaratmışıq...» - deyə, Poroşenko qeyd edib.

Prezident əlavə edib ki, aviasiya parkı, zenit-raket ordu hissələrinin döyüş heyəti böyüdülüb ki, bu da «hava-hücumundan müdafiə»nin gücləndirilməsinə imkan yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar