Ukraynada S-300 sistemlərini sınaqdan keçiriblər! - NATO qırıcılarının köməyilə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail Ukraynada S-300 sistemlərinin sınaqdan keçirilməsi imkanı əldə ediblər. Bu barədə Vyetnamın «Soha News» portalı yazıb.

Nəşr qeyd edir ki, bu məqsədlə ABŞ Ukraynaya 18 ədəd 4-cü nəsil F-15 təyyarəsi, mobil radiolokasiya stansiyası (36D6M1-1), Rusiya sistemlərinin hazırlanmasında istifadə olunmuş texnologiyalar göndərib.

Portalın məlumatına görə, ABŞ və İsrailin birgə nümayəndə heyəti bu yaxınlarda Ukraynaya səfər edib və orada bir sıra ən mühüm silahlarla, o cümlədən, S-300 raket kompleksi ilə tanış olub. Ukraynalı mütəxəssislər nümayəndə heyətinin üzvlərinə ölkənin sərəncamında olan silahların taktika-texniki xarakteristikası barədə danışıblar və Ukraynaya ABŞ və İsrail qırıcılarının göndərilməsini təklif ediblər.

Keçirilən təlimlərin gedişində sistemin imkanları qiymətləndirilib və qeyd edilib ki, onlar «Rusiyanın Suriyaya verdiyi sistemlərin modifikasiyasından (S-300PMU2) prinsipial olaraq fərqlənmirlər».

KİV-lər qeyd edirlər ki, Ukraynada keçirilən bu təlimlər «Suriyadakı Rusiya HHM sisteminin yaratdığı təhükəyə ABŞ və İsrailin cavab reaksiyasıdır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar