Meşələrə kameralar necə quraşdırılacaq? - Nazirlik açıqladı

"Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılacaq".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Nazirlik sözçüsü bildirib ki, bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunub və müsbət nəticə əldə edilib: "Bunu həyata keçirməkdə məqsəd meşələrin effektiv mühafizə olunması, giriş və çıxışlarına nəzarət etmək, meşə ərazilərinin yanğından mühafizə edilməsi və profilaktikadır".

Bu təcrübənin mahiyyətindən danışan ETSN rəsmisinin sözlərinə görə, Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılması nəzərdə tutulub: "Kameraların quraşdırılması üçün elə yerlər seçilir ki, həmin kameralar vasitəsilə daha çox meşə massivinə nəzarət olunacaq. Kameralar 360 dərəcə ətrafında fırlanacaq və vahid mərkəzdən idarə olunacaq. Bununla da ərazi daim müşahidə ediləcək, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya veriləcək".

İ.İbrahimova qeyd edib ki, bir sıra meşə massivlərinin ərazisində giriş və çıxış üçün müxtəlif ərazilərdən yollar var: "Meşə oğrularının meşə ərazilərinə daxil olmasının qarşısının alınması üçün həmin yolların şlaqbaumlar vasitəsi ilə bağlanılması nəzərdə tutulur. Artıq bu işlərin bir hissəsi həyata keçirilib. Məqsəd odur ki, meşə ərazilərinə daxil olmaq üçün bir və ya iki yol olsun, həmin yollara isə daim nəzarət edilsin".

635x100

Şərhlər

hop-hopnamə 2018-10-13 14:37:36

Meşələri qorumaq üçün ilk növbədə ölkənin bütün kəndləri istisnasız olaraq qazla təchiz olunmalıdır. Bu qaz da payız, qış yaz mövsümlərində əhaliyə fasiləsiz verilməlir. 2-ci bu meşələrin ərazilərində tikilmiş bütün iaşə, istirahət, əyləncə vəs və i. ocaqları yığışdırılmalıdır. Bunları etsəniz kameralarınıza ehtiyac qalmayacaqdır. Sual DYP radarları 100-150 metrdə maşınları görür, Sizin kameralarınız meşədəki ikiayaqlıları neçə metrdən görəcəkdir. Təklif: DİM gələn sınaqlarda belə məsələlərdən istifa etsin!

Dr.AGAOGLU 2018-10-13 14:37:36

Ölkədə üstü açilmayan qətillər və oğurluqlar kifayət qədərdir.Meşələr və su hövzələri ilə bağlı kameralar quraşdırılması çox yaxşı bir dünya praktikasıdır.Lakin asayişin qorunmasında ve qətl-oğurluqların üstünün açılmasında,profilaktikasında kameralar sistemindən xaricdə geniş istifadə olunan praktikadan niyə istifadə olunmayır? Polisin və onların maşinlarının sayını artırmaqla büdcəyə niyə külli miqdarda ziyan vurulur?Axı bu korrupsiya və rüşvətə yol acır axı....

Son yazılar