Dövlət Dumasının sədri Rusiyanın Avropa Şurasından çıxmasını istisna etməyib

Rusiya Avropa Şurasına üzv dövlətlərin sırasını tərk edə bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Rossia 1" telekanalının efirində bəyan edib.

"Deyə bilərik ki, belə davam edəcəksə, əlbəttə ki, bu strukturdan çıxmağı istisna etmirik", - deyə V.Volodin bildirib.

Qeyd edək ki, daha əvvəl Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiyanın Şuranın büdcəsinə ianə ödənişlərini bərpa etməyəcəyi təqdirdə, 2019-cu ilin iyun ayında AŞ-dən çıxarıla biləcəyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar