Azərbaycanlı dənizçilər Qara dənizdə batmış teploxoddan xilas ediliblər

Qara dənizdə Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxod batıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) Mətbuat xidmətindən bildiriblər.

Gəmi Azov limanından yola çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxodun bütün ekipajı - iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

"Rosmorreçflot"dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar