“ABŞ yalnız Trampdan ibarət deyil” - İran parlamenti komissiyasının sədri

“Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmetullah Fəlahetpişe deyib.

“İrana qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə mane ola biləcək ABŞ-dan olan siyasilər və başqa sahələrdəki insanlarla dialoq qurulmalıdır. ABŞ-la diplomatik kanallar bağlanmamlıdır. Çünki ABŞ yalnız Trampdan ibarət deyil”, - deyə komissiya sədri vurğulayıb.

Onun sözlərinə görə, Donald Trampa müxalifət olanlar diplomatik danışıqlar, müzakirə və lobbiçilik fəaliyyəti sayəsində İranla ABŞ arasındakı diplomatik əlaqələrdə yeni bir yumşalma mühiti yaranıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar