UEFA araşdırmaya başladı

Dərc olunub: 13/10/2018 - 22:18

5bc1ddb3ab3b5_gfUEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən PSJ – “Srvena Zvezda” oyunu ilə bağlı araşdırmaya başlayıb.
Qol.az-a xəbər verir ki, buna səbəb matçın danışılmış oyun olmağı ehtimalıdır. “Srvena Zvezda” nümayəndələrinin görüşdən əvvəl Paris klubunun 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul qoyduğu iddia olunub. Bununla bağlı “L’Equipe” nəşri UEFA-nı məlumatlandırıb. Bundan sonra məsələ ilə əlaqədar araşdırmaya başlanıb.

PSJ özünün rəsmi “Tvitter” səhifəsində yazılanlarla bağlı heç bir əlaqəsinin olmadığını yazıb: “Klub şübhələrdə dolayı və birbaşa yolla iştirakını rədd edir. Biz istintaqla bağlı əməkdaşlıq etməyə hazırdır”.

Qeyd edək ki, PSJ – “Srvena Zvezda” görüşü meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.








loading...


Fikrinizi bildirin