Gədəbəy sakini həyat yoldaşını baltalayıb

Dərc olunub: 13/10/2018 - 22:51

baltaGədəbəy rayonunda yerli sakin həyat yoldaşına və qonşusuna ağır xəsarətlər yetirib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Pərviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyüb və hadisə yerindən qaçıb.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır və P.Əsgərovun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.








loading...


Fikrinizi bildirin