ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ... – Bakının köhnə və yeni başçılarının “deyişməsi”

18-ci əsrdən "xəbər gətirən" Eldar müəllim bu yaxınlarda aparılan tikintilərdən necə xəbərsiz olub?!

Deyəsən, Bakının başı Abutalıbov bəlasından heç vaxt qurtulmayacaq. Hacıbala müəllim şəhərin idarəçiliyinə elə bir damğa vurub, burada elə bir ab-hava yaradıb ki, görünür onun hələ bir neçə xələfi bu "auradan" çıxa bilməyəcək.

Son günlər Badamdarda baş verən sürüşmə və onun nəticələrinə sərgilənən münasibət onu deməyə əsas verir ki, şəhərə rəhbərlik edənlər öz zibillərini onun-bunun üstünə atmaq şakərindən qətiyyən əl çəkmək fikrində deyillər. Və görünür, Azərbaycanda bu tip "aktyorluğun" təməlini qoyanlardan biri olan Hacıbala Abutalıbov, öz "bacarığını" paytaxta hal-hazırda rəhbərlik edən Eldar Əzizova da asanlıqla yoluxdura bilib.

Görün, hazırda baş nazirin müavini vəzifəsini daşıyan və əraziyə böyük ehtimalla "get öz zibilini özün təmizlə" deyə, göndərilən Hacıbala Abutalıbov, sürüşmə zonasında tikilən və hazırda təhlükə altında olan evlər və obyektlərlə bağlı nə deyir: "Vəziyyət çox gərgindir. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur...”

Bunu, 2001-ci ildən 2018-ci ilə kimi Bakının meri sayılan, "Bakılı oğlanlar"ın dili ilə desək, 17 il durmadan Bakını tikən (!) adam deyir! Adama deyən yoxdur ki, indiyə kimi haradaydın, hansı vəzifədəydin, Ulan-Batorun meri idin, ya Bakının?

Deməli, ya Badamdar Bakının ərazisi deyil, ya Hacıbala müəllim həmin ev və obyektlər tikiləndə paytaxtın meri olmayıb, ya da gördüyümüz şeylər əslində mövcud deyil, bütün bu mənzərə hansısa anormal təxəyyülün məhsuludur - yəni artıq bizdə də məlum şəxslərdə olduğu kimi, şizofreniyanın əlamətləri əmələ gəlir!...

Görün, ardınca açıqlama verən və "tarixə baş vuran" Bakının hazırkı de-fakto başçısı Eldar Əzizov nə deyir: "XVIII əsrdə Badamdarda yaşayış olmasa da, sürüşmələr qeydə alınıb. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub... Həmçinin, vaxtilə bu ərazidə tikinti tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər...”

Birincisi, 18-ci əsrdə Səbailin "icra başçısı"nın kim olduğunu deyə bilməsək də, 2015-ci ildən etibarən Eldar Əzizovun olduğu kəsindir. Və 18-ci əsrdən fərqli olaraq, son 3 ildə də rayon ərazisində qanunsuz tikililərin aparıldığı barədə mətbuatda çoxsaylı məlumatlar dərc edilib. Elə Hacıbala müəllimin özünün də hadisə yerindəki "tarixi nitqində" dediyi kimi, "iki gün öncə tikilən divar var burada". Bəs görəsən, 18-ci əsrdən "xəbər gətirən" Eldar müəllim bu yaxınlarda aparılan tikintilərdən necə xəbərsiz olub?!

Açıqlamalara fikir verirsinizsə, sanki, əvvəl Abutalıbov-1, sonra isə Abutalıbov-2 danışır. Doğrudan da, belə görünür ki, Eldar müəllim artıq Abutalıbovdan çox şeyi əxz etməyə başlayıb, sözün yaxşı mənasında "Abutalıbov sindromuna" yoluxub... İnanmırsınızsa, hadisə yerindən çəkilən aşağıdakı bu fotoya fikir verin. Hamı, hətta Hacıbala müəllim də qanıqara görkəm alıb, insanların evləri əlindən çıxır, neçə illik zəhmətləri hədər olur, evsiz-eşiksiz qalırlar, E.Əzizov isə gülür! Nəyə gülür, niyə gülür, bilən yoxdur. Görünür, yoluxmanın ilkin simptomları artıq özünü biruzə verməyə başlayıb...

Lakin günahın "pul alıb tikintiyə icazə verənlərdə yox, tikinti aparanlarda olması" məsələsində yekdil olan bu iki şəxsin fikirləri, sürüşməyə kanalizasiya sisteminin olmamasının təsiri məsələsində haçalanır. Abutalıbov deyir ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur: "Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır".

Əzizov isə deyir ki, yox, bu təbii fəlakətdir, suyun rolu demək olar ki, yoxdur. Deməli, görünür, "o təpənin arxasındakı binalar" məsələsində hansısa "uzlaşma" əldə edilməyib, ya da "bölgü" düzgün aparılmayıb...

Bir sözlə, əvvəldə qeyd etdiyimiz kimi, görünən odur ki, Bakıya rəhbərlik məsələsində "iş prinsipləri" dəyişməz olaraq qalır - Abutalıbov getdi, Abutalıbov gəldi...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

-çsef 2018-10-14 00:18:20

Bir əcnəbi dilli xanımın şərhi məsuliууəт anlaуışı olmaуan hər iki "mer"in "siуasi eтikeт" rolunu açıqlaуıb. Haqq-hüquqdan уaуınıb тikinтi müтəxəssisi rəуi verirlər. İri ranqlılar ixтisaslılardan çəkinib əтrafa "Vanka, Vsтanka!"lar düzürlər ki, ozəl lada oуnasınlar və oуnamadıqda da bir qapaz ki, уıxılsın, qalxmasın.

hadi 2018-10-14 00:18:20

Şərhinizi bura yazın... ..olmadı ki,imkan verin baxaq da.havayı kino çıxarırlar,özü də fransuzskiy.

Abit 2018-10-14 00:18:20

Allah elesin bundan berer olsun,belke onda bu vicdanını itirenleri içeri qoyalar

ilqar 2018-10-14 00:18:20

Bakinin derdi var, Baki xestedir

samir 2018-10-14 00:18:20

japin kadirlari joxdyr byrda sadece jer dejiwme sadece

ayzek 2018-10-14 00:18:20

Sürüşmənin əsl səbəbi yerin dərin qatlarındadır.Bu proses dünyanın müxtəlif yerlərində vüsət alıb,hətta susuz Afrikada da.

Mehdi 2018-10-14 00:18:20

Ikiside bir aqildadi.

ağsaqqal 2018-10-14 00:18:20

70 yaşım var ,bunun 52 ilini işləmişəm ,haynan gələni həmişə huynan gedən görmüşəm ...

Kərim 2018-10-14 00:18:20

Sürüşmənin əsl səbəb isə örtülü qalır və heç kim açıqamır ki, sürüməyə səbəb təpənin üstündə tikilən möhtəşəm villalar və tikililədir.Çünki bu villalar tikilmədən öncə bu sahədə sürüşmə hallaı baş verməyib.Ancaq bu möhtəşəm tikililərin və onların sahiblərinin adını çəkən yoxdur.Təpənin üstündəki tikililəi sökdürün və artıq yüklənmni oradan daşıdın.Görəcksiniz ki. daha sürüşmə olmur.

EJDER 2018-10-14 00:18:20

EWWI,BU HACIBALAYA...GELENDE HEC KIMI TANIMIR.YAXWI INKIWAFDU .HER IKISINE MOLODES.WOHRET ORDENINE LAYIGDILER,HER IKISI...DIQALAR ,XAHIW ELESELER,HER IKISINI TRANSFER ETMEK LAZIMDIR...CANIMIZ GURTARSIN... ELLERINDEN

ARİF 2018-10-14 00:18:20

Vəzifəyə tanımadığımız insanlar gətirilməli, kürsülər kifdən təmizlənməlidir.

babayeva asya ehmedeli qizi 2018-10-14 00:18:20

a millat niya ozunuzu yorursunuz iki tikintidan basi cixmayan .....saharsalmadan cavablandimasindan na gozlayirsinz

ziyali 2018-10-14 00:18:20

Chox selis ve durust tehlil.

antiAbu 2018-10-14 00:18:20

Hesab edirəm ki, Hacıbalanın fəaliyyətini araşdırmaq üçün komissiya yaradılmalı, onun əmlakı müsadirə edilməli, var-dövləti əlindən alınmalıdır. Onun mənimsədiyi milyardlar, Respublikada nüvə tədqiqatlarının inkişafına yönəldilməlidir. Bu vəsaiti nüvə tədqiqatlarına yönəltməklə Azərbaycan, qıssa müddətdə çox böyük nailiyyətlərə nail ola bilər. Hacıbalanın mənimsədiyi vəsaitlərin onun əlindən alınaraq nüvə tədqiqatlarına yönəldilməsi, dövlətin strateji maraqlarına uyğundur və bu iş hökmən görülməlidir!

G.M 2018-10-14 00:18:20

Bakı 15 ildir ki,tam sahibsizdir.Abutalıbov və ondan heç nəyi ilə fərqlənməyən..tamahı ondan da ``iti`` olan E.Əzizov Bakını tam yox edəcəklər.Bakıya kənardan daşınan milyon tonlarla inşaat materialları və yamaclarda Göydələnlərin tikintisinin təşkili və davamı Pnevmatik suxurları sındırır,``üstü bəzək`` Bakını çökürdür.Hacıbalanı,Eldarı isə ``qazanc yerləri``,ləyaqətsiz ``biznesmenlərlə`` birgə pul qazanmaq düşündürür.

miri 2018-10-14 00:18:20

Bu "yol"da kiminsə getməsi vəya qalması heç nəyi dəyişməz. "Yeniazərbaycan cizgi filminin personajları" Səyavuş , Hafiz, Abutalıbov... olub -olmamasinin nə fərqi? Vacib prinsip olan .... siyasətinin həyata keçməsinə vasitəçi olmaqdır! Vəssalam.

Mahir 2018-10-14 00:18:20

Bayıl sürüşməsinin qarşısını almaq yalnız təpənin üstündə tikilən ağır villaların və sonradan tikilən digər tikililərin sökülüb daşınması yolu ilə mümkündür.Başqa yolu yoxdur.Sahə həddən artıq yüklənıb.

Son yazılar