Rusiyada bütün «Soyuz» raketlərinin atışı dayandırılıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkədə «Soyuz-FQ» raketinin qəzaya uğraması səbəbilə, «Soyuz» tipli bütün raketlərin yaxın günlərə planlaşdırılmış atışına hazırlıq işləri dayandırııb. Bu barədə xəbəri «İnterfaks» agentliyi yayıb.

«Dövlət komisiyası, «Proqres» kosmik «yük» gəmisi də daxil olmaqla, «Soyuz» tipli bütün raketlərin oktabrın 31-ə planlaşdırılmış atışına hazırlıq işlərini dayandırıb. Belə raketlərin atışına bütün hazırlıq işləri tamamilə ləğv edilib» - deyə, agentlik məlumatlı mənbəyə istinadla bildirir.

Beləliklə, ən azı yaxın bir neçə raket atışı təhlükə altına düşüb.

««Soyuz» raketlərinin oktyabrın 19-a Plesetskədi, oktyabrın 31-ə Baykonurdakı, noyabrın 7-ə Kurudakı atışına hazırlıq işləri dayandırılıb» - deyə, mənbə qeyd edib.

Rusiyanın pilotlu «Soyuz MS-10» gəmisi ilə beynəlxalq kosmik stansiyaya (BKS) növbəti ekspedisiya ötən cümə axşamı Baykonur kosmodromundan yola düşüb. Ancaq yaranmış ştatdankənar vəziyyətlə bağlı olaraq, ekipaj Qazaxıstanda məcburi qəza enişi etməli olub. Ekipajın tərkibində kosmonavt Aleksey Oveçkin və astronavt Nik Heyq olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar