“Messidən lider olmaz” – Maradona

Dərc olunub: 13/10/2018 - 23:44

304f96af9f0a45b4c25e1591bdbce7ebDiyeqo Maradona növbəti dəfə Argentina millisinin və “Barselona” klubunun hücumçusu Lionel Messini tənqid edib. Oxu.Az La Ultima Palabra nəşrinə istinadən xəbər verir ki, Maradona millinin oyunçularının Messinin liderlik keyfiyyətlərinə arxayın olmamalıdırlar

“O, meydanda lider olmağa can atır, lakin həmkarları ilə söhbət öncəsi gedib kompüter oyunu oynaya bilər. Matç öncəsi 20 dəfə ayaqyoluna gedən adamı lider etməyin mənası yoxdur. Messini liderlikdən məhrum etmək lazımdır, çünki biz görmək istədiyimiz Messi kimi o heç vaxt olmayacaq”, – deyə o vurğulayıb.








loading...


Fikrinizi bildirin