"Biz bunu edəriksə, özümüzü cəzalandırmış olarıq" - TRAMP

ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı vəziyyət fonunda Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsindən imtina etmək istəməzdi.

“Report” xəbər verir ki, o, bununla bağlı başqa ciddi variantların olduğunu qeyd edib.

"Düşünürəm ki, biz bunu edəriksə, özümüzü cəzalandırmış olarıq. Biz başqa olduqca ciddi tədbirlər görə bilərik", - deyə o bildirib.

Tramp bundan əvvəl Qaşıqçının itməsində iştirakı sübuta yetiriləcəyi təqdirdə, Ər-Riyadı ciddi şəkidə cəzalandıracaqlarını söyləyib.

635x100

Şərhlər

t.ədalət 2018-10-14 12:16:24

Tramp,deyildiyi kimi heç də səfeh hesab oluna bilməz.Söhbət Şərqə silah satışından,orda gələcəkdə kütləvi surətdə müsəlman qırğınından gedirsə,ABŞ-la münasibətlərin necəliyi və digər anti-insani məsələlərə görə həmin regiona silah satışı dayandırılmır.Bəzi mövqelərində özünü səfeh yerinə qoymaq isə ,görünür,kimlər üçünsə siyasətin tədricən şoulaşmağa çevrilməsindən irəli gəlir..

Son yazılar