Yaponiya Çin təhlükəsinə qarşı tədbir görür - Qırıcıların sayını artırır
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hökuməti Amerika Birləşmiş Ştatlarından (ABŞ) 5-ci nəsil F-35A qırıcı-bombardmançı təyyarələrin alınmasını genişləndirməyi planlayır və orta pespektivdə ölkənin Özünümüdafiə qüvvələrinin (ÖQ) sərəncamında belə təyyarələrin sayını minimum 62-yə çatdırmaq niyyətindədir.
Bu barədə şənbə günü «Yomiuri» qəzeti yayıb.
Cari plan 42 ədəd belə maşının əldə edilməsini nəzərdə tutur. Onların 9-u hazırda ölkənin şimalındakı Xonsyu adasındakı Misava aviabazasında yerləşdirilib, qalanları isə Yaponiyaya 2024-cü ilə qədər gətiriləcək.
Bununla bərabər, nəşrin məlumatına görə, maliyyə ilinin sonuna qədər (2019-cu ilin martında başa çatır) Yaponiya hakimiyyəti gələcək 5 il üçün müdafiənin gücləndirilməsi üzrə orta müddətli plan təsdiqləməyi nəzərdə tutur. Hökumət həmin plana əlavə alınacaq F-35A qırıcıları məsələsini də daxil edməyi nəzərdə tutur.
2024-2027-ci illər aralığında həmin təyyarələr cənub-qərbdəki «Kyusyu» adasının Miyadzaki prefekturunda və ya Tokionun yaxınlığındakı İbraki prefekturunda yerləşdirilə bilər. Beləliklə, Yaponiya hökuməti Çinin yapon sərhədləri yaxınlığında nümayiş etdirdiyi fəallıqla bağlı özünün müdafiə qabiliyyətini möhkəmlətməyi nəzərdə tutur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.