Pxenyan Moskva ilə əlaqələri genişləndirməyə köklənib - KXDR XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Li Yon Xo SSRİ və KXDR arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümü münasibətilə keçirilən təntənəli qəbul zamanı bəyan edib ki, ölkəsi 2019-cu ildə Rusiya ilə ikitərəfdli əlaqələrin genişləndirilməsinə köklənib. Tədbir ötən cümə günü Pxenyanda keçirilib.

«Koreya tərəf SSRİ ilə KXDR arasında ikitərəfli iqtisadi və mədəni əməkdaşlıq barədə bağlanmış Sazişin 70-illiyi qeyd olunacaq yeni 2019-cu ildə də münasibətlərin genişləndirilməsinə köklənib ki, dostluq və mehriban qonşuluq» ənənələri nəsildən-nəsilə ötürülsün» - deyə, Li Yon Xo bəyan edib.

Nazir onu da qeyd edib ki, Pxenyanda Rusiya hökumətinin Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması məsələsinə verdiyi dəstək yüksək qiymətləndirilir. «KXDR-nın səyləri Koreya yarımadasının nüvə silahından və nüvə şantajından azad əraziyə çevrilməsinə yönəlib» - deyə, Li Yon Xe qeyd edib. Bununla yanaşı, nazirin sözlərinə görə, Koreya tərəf gözləyir ki, ölkə rəhbərliyinin bu istiqamətdəki praktik addımlarına beynəlxalq birlik «eyni vaxtda qarşılıqlı inam hərəkətləri» nümayiş etdirəcək.

Diplomatik münasibətlərin qurulmasının 70 illiyinə həsr olunmuş təntənəli qəbul Rustya səfiri tərəfindən Pxenyanın «Tendonqan» başlıca diplomatik klubunda təşkil olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar