Gəncədə sərnişin avtobusu da daxil olmaqla, 6 avtomobil zəncirvarı qəzaya uğrayı

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib."Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar