ABŞ-da atışma olub, ölənlər var

ABŞ-da atışma olub."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib.

Ştatın İctimai Təhlükəsizlik İdarəsinin yaydığı məlumata görə, mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub. Onlar 20-dən 62 yaşadək kişilərdir. Bildirilir ki, ölənlərdən 3-nün eyni soyadı daşıması onların eyni ailənin üzvü olduqlarını göstərir.

Hadisə ilə əlaqədar 1 şübhəli saxlanılıb. Onun adı, həmçinin qarşıdurmanın səbəbləri barədə məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar