«Bu aviadaşıyıcısı NATO-nun potensialını Rusiyaya göstərəcək» - NATO Baş komandanı

NATO-nun «Trident Juncture 2018» təlimlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Norveçə gəlmiş «Harri S. Trumen» aviadaşıyıcısı Şimali Atlantika Alyansının hərbi potensialını Rusiyaya nümayiş etdirmək üçündür.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə şənbə günü «Trident Juncture 2018» telekanalına verdiyi müsahibədə NATO Birləşmiş silahlı qüvvələrinin Avropadakı Baş komandanı Kertis Skaporotti bəyan edib.

«Su tutumu demək olar 100 min ton olan aviadaşıyıcı Moskvaya hansı ismarışı göndərir?» - sualına cavab verən Skaporotti deyib: «Bu, bizim hərbi potensialımızın nümayişidir... Biz, hazırıq, biz öyrədilmişik və Atlantikanı müdafiə edəcəyik».

«Rusiya qarşısına məqsəd qoyub ki, öz iştirakını artırsın, həm də silahlı qüvvələrini modernləşdirir. Mən, düşünürəm ki, bu hansısa gözlənilməz bir şey deyil, amma bu - bizim diqqət yetirməyə borclu olduğumuzdur. Biz, bundan sonra da potensilalımızı artırmalıyıq və təlimlər keçirməliyik ki, təhlükəsizlik planında dominatlıq edə bilək» - deyə, hərbi rəis qeyd edib.

Amerikanın aviadaşıyıcı qrupu Norveçə ilk dəfə 1989-cu ildə gəlib. Təlimlərdə toplam olaraq 31 ölkənin (29 NATO ölkəsi, Finlandiya və İsveç) 50 minə yaxın hərbçisi, 100-dən aptıq uçan aparat, onlarla gəmi iştirak edəcək. Təlimlər oktyabrın 25-dən noyabrın 7-ə qədər davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar