«Bransondan sonra ABŞ və Türkiyə əla münasibətlər qura bilərlər» – TRAMP

Dərc olunub: 15/10/2018 - 00:12

tramp01«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, şənbə günü Ağ Evin oval kabinetində Bransonla görüşü zamanı Birəşmiş Ştatların Prezidenti Donald Tramp bəyan edib ki, amerikalı pastor Endryü Bransonun azad olunmasından sonra ölkəsi Türkiyə ilə əla münasibətlər qura bilər.

«Biz, indi Türkiyəyə başqa cür yanaşırıq. Fikirimcə, bizim hələ şansımız var ki, gerçəkdən Türkiyəyə yaxın olaq. İndi bizim hətta çox-çox yaxşı münasibətlərimiz ola bilər» – deyə, Tramp qeyd edib.

«Biz, o xalqı tanıyırıq, pastor demiş, gözəl xalqdır və mən fikirləşirəm ki, indi bizim Türkiyə ilə əla münasibətlər qurmaq üçün şansımız var – mən, gerçəkdən buna umid edirəm» – Tramp əlavə edib.

Bransonla görüşü zamanı etdiyi çıxışda Tramp bir neçə dəfə xüsusi qeyd edib ki, amerikalı pastorun azad olunması qarşılığında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana minnətdardır.

«Türkiyə üçün bu, sadə situasiya deyil, indi onlarda çoxsaylı mürəkkəb proseslər gedir və mən, prezident Ərdoğana təşəkkür etmək istəyirəm ki, bunu mümkün etdi – siz anlayırsınız ki, mən nəyi nəzərdə tuturam. Bu, sadə məsələ deyidi və həm də Ərdoğan üçün sadə məsələ deyildi» – Tramp bəyan edib.


loading...




Fikrinizi bildirin