«Kosmik ordu yaratmaq məsələsində ABŞ Rusiyadan geri qalır» - Tramp etiraf edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Ketukki ştatında seçicilərlə görüş mitinqində çıxışı zamanı bəyan edib ki, ABŞ kosmik ordu yaratmaq sahəsində Rusiyadan və Çindən geri qalır.

Prezidentin nitqinin yazısını «Fox News» telekanalı dərc edib.

«Mənim göstərişim əsasında hazırda Pentaqon ABŞ silahlı qüvvələrində altıncı növ ordunun - kosmik qüvvələrin yaradılması üzərində işləyir» - deyə, Tramp bəyan edib.

«Bu arada, Çin artıq bu işə başlayıb, Rusiya isə artıq kosmiik qüvvələr yaradıb. Ancaq bizdə dünyanın ən gözəl insanları var, biz yaxşı raketlər düzəldirik, dünyada ən yaxşı sursat və köməkçi vasitələr istehsal edirik, biz dünyada ən yaxşı tanklar və gəmilər düzəldirik» - deyə, Tramp əlavə edib.

Bundan əvvəl, ABŞ administrasiyası ayrıca ordu növü - kosmik qüvvələr yaradılacağını elan edib. Ancaq 2019-cu maliyyə ili üçün imzalanmış müdafiə büdcəsində bu dəyişikliklər yer almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar