Çin yuanı ucuzlaşmaqda davam edir

Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,9154 yuana bərabər müəyyən edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il yanvarın 11-də olub.

Çinin pulu Amerika valyutası qarşısında 10 gündür ucuzlaşır.

Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,92 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub.

Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır.

Bir qədər əvvəl Çin Mərkəzi Bankının sədri Yi Qanq bəyan edib ki, ölkəsi yuanın məzənnəsinin dəyişməsindən ABŞ-a qarşı ticarət müharibəsində istifadə etməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar