Bu xidmətə görə vahid məbləğ müəyyən edildi

Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləği müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə xidmət haqqının məbləği kəmiyyət vahidinin ötürülməsinə sərf olunan vaxtın 1 (bir) saatı üçün müvafiq olaraq 16 manat məbləğində müəyyən edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət ilkin kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədi ilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar