Bu gün Səudiyyə Ərəbistanının İstabuldakı Baş Konsulluğunda axtarış aparılacaq

İtkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq.

“Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, axtarışları Türkiyə və Səudiyyə Ərəbistanından olan ekspertlər birgə aparacaq.

Axtarışlar axşam saatlarında başlayacaq.

Qeyd edək ki, səudiyyə ərəbistanılı jurnalsit, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstnabuldakı Baş Konslluğunun binasına daxil olub və itkin düşüb. Türkiyə Səudiyyə Ərəbistanından konsulluğun binasında axtarşı aparılmasını istəmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar