SABİQ NAZİRİN VƏZİYYƏTİ KƏSKİN PİSLƏŞİB - Reanimasiyaya yerləşdirildi

Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib. Türkiyədəki mənbənin Modern.az-a verdiyi məlumata görə, sabiq nazir bu səbəbdən yenidən “American Hastanesi”nin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda lazımi tibbi müdaxilələr edilir.

Xəbərə görə, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova da xəstəxanadadır.

Xatırladaq ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

635x100

Şərhlər

o.b.n 2018-10-15 14:05:19

Bu milllətin pullarını yeyən,heç kim rahat ölmür.Müharibə gedən ölkənin büdcəsini vətəndaşını talan edən,düşmən qarşısında məğlüb vəziyətə salan məmurlar bir dəfə yox,gün ərzində 100 dəfə ölüb diriləcəklər.Millətlər var məmurları xalqın ağır günündə sinəsini qabağa verir,xalqını bəladan qurtarır,bunlar isə əl-ələ verib ölkəni talan ediblər.Biri salamatı yoxdur ki, atasına rəhmət oxuyasan.

Vergi ödəyicisi 2018-10-15 14:05:19

Anaları ağlar qalan vergi ödəyicilərindən halallıq istəsin bəlkə düzələ. Ancaq mən ona heç vaxtı halallıq vermirəm.

Arif Əliyev 2018-10-15 14:05:19

Allah şəfasını versin tezliklə uşaqlarının nəvələri varsa nəvələrin yanına qayıtsın.

arif 2018-10-15 14:05:19

BİCLİK EDİR.MİLYARDLAR HARADADIR GÖRƏSƏN.

NURəddin 2018-10-15 14:05:19

Vəziyyəti pisləşib? Belə cərə pisləşsin cəkənnəmə pisləşsin!Fransadan xüsusi ambulans, Türkiyədən xüsusi həkim! Bu nə xüsusiçilikdir bu ölkədə? Kimin pulları ilədir bunlar? Onun-bununmu, məzlumunmu, fəqirinmi,dinməzinmi? FAZİLSƏN KİMSƏN, ALLAHIN PƏNCƏSİNDƏN XİLAS OLA BİLMƏYƏCƏKSƏN! SƏN ONUN BƏNDƏLƏRİNƏ SİTƏM ETMİSƏN.

t.ədalət 2018-10-15 14:05:19

Sabiq nazir,görən,şərləyib həbs etdirdiyi Saday Şəkərlini yadına salırmı?

yengibar 2018-10-15 14:05:19

Xalqın qanını zəli kimi içməyin zəli kimi də qusmağı var!

Son yazılar