UNEC stendi mükafata layiq görüldü

Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisində UNEC stendi "The most attractive stand" ("Ən cəlbedici stend") mükafatına layiq görülüb.

UNEC stendində ali təhsil ocağının təqdim etdiyi mübadilə proqramları, UNEC-də təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri və digər faydalı məlumatlar əks olunmuşdu.

Ziyarətçilərə UNEC stendində Texnologiya və dizayn fakültəsinin tələbələrinin əl işlərini yerinə yetirmə prosesini izləmək imkanı yaradılmışdı. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatı, nimçələrə ornamental naxışların verilməsi, akril boyalarla rəsm çəkilişi işlərini yerinə yetirirdilər. UNEC stendində, həmçinin, dekorativ incəsənət nümunələri, malbert üzərində tələbələrin əl işləri, dekorativ naturmort, qrafik dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb oldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar