“Badamdar sürüşmə zonasında gərginlik azalmayıb” – Hacıbala Abutalıbov

Dərc olunub: 15/10/2018 - 16:12

hacibala-abutalibov15163511101536057361“Bakı şəhəriu, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

O qeyd edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiz ki, həyətlərə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.


loading...




Fikrinizi bildirin