Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıldı – FOTO

Dərc olunub: 15/10/2018 - 17:09

badamdar_seysmik_151018_01Bakı şəhəri Səbail rayonunda , Badamdar 20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.

Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq, hökümətə təqdim ediləcək.






loading...


Fikrinizi bildirin