"Evlər söküləcək, bu, vacibdir" - Hacıbala Abutalıbov

“Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir

Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə qərargah yaradılıb.

635x100

Şərhlər

t.ədalət 2018-10-15 17:19:28

Hacıbala müəllimin sözü ilə evləri sökmək olmaz.Bu adam fizikdir.Torpaq haqqında torpaq mütəxəssisi danışa bilər.Hacıbala müəllim torpaq satmaq üzrə mütəxəssisdir.Haranın qiyməti neçiyədir,onu yaxşı bilir..

fizik 2018-10-15 17:19:28

Abutalıbov anlaya bilmir ki, bayıl sahəsinə ən çox ağırlığı törədən yuxarıda tikilən villalar,obyektlərir.Çünki yamaca ağırlıq yamacın aşağısından yox,təpədən yaranır.Heyif ki, fizika doktoru təsir qüvvəsinin haradan baş verə bilcəyini anlaya bilmir.Yəqin elmi işi plaqiat olub.

Son yazılar